12:37 Oxunub: 178

Ölkə əhalisinin son statistikası

Ölkə əhalisinin son statistikası


Cari ilin ilk iki ayı ərzində 22 321 doğulan körpə qeydə alınıb



Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 12 192 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il mart ayının 1-i vəziyyətinə 10 079 300 nəfərə çatıb. AYNA-ya bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.



Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.



Həmçinin cari ilin ilk iki ayı ərzində Azərbaycanda doğulan körpələrin sayı haqqında da məlumat verilib: "Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 22 321 doğulan körpə qeydə alınıb".



"Əhalinin hər 1 000 nəfərinə bu göstərici 13,7 təşkil edib. Körpələrdən 584-ü əkiz, 12-si isə üçəm doğulanlardır", - qeyd olunub.



Əhalinin ölüm sayına gəlincə, bildirilib ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkədə 10216 ölüm halı qeydə alınıb: "Əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 6,4-dən 6,3-ə enib"
XƏBƏR LENTİ