11:59 Oxunub: 249

Azərbaycanın bu şəhərində spirt, maska, ərzaq sakinlərin ayağına gəlir - FOTOLAR

Azərbaycanın bu şəhərində spirt, maska, ərzaq sakinlərin ayağına gəlir - FOTOLAR

"Evdə qal" aksiyası çərçivəsində polis əməkdaşları həmçinin yaşlı, çoxuşaqlı və aztəminatlı ailələrə baş çəkib, onlara ərzaq yardımları ediblər

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Masallı rayonunda da davam etdirilir.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatik söhbətlər apararaq yaşadıqları ünvana qaytarırlar. Bir daha izah edirlər ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Bu gün də reyd zamanı polislər küçələrdə sakinləri saxlayaraq qaydalara əməl etmələrini rica edib, aptekə gedənləri isə spirt və tibbi maska ilə təmin ediblər.
"Evdə qal" aksiyası çərçivəsində polis əməkdaşları həmçinin yaşlı, çoxuşaqlı və aztəminatlı ailələrə baş çəkib, onlara ərzaq yardımları ediblər. Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri isə şəhər ərazisində bir qrup sakinə tibbi maska və spirt paylayıb, gigiyena qaydalarına riayət olunmasının vacibliyini çatdırıblar.
Bu tədbirlərlə yanaşı, xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməkə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq Masallı rayonu ərazisində qurulmuş postlarda da avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.(Sputnik Azərbaycan)

XƏBƏR LENTİ