01 apr 18:52 Oxunub: 17

Banklar dolları manata çevirmir: Səbəb nədir?

Banklar dolları manata çevirmir: Səbəb nədir?


Azərbaycanda əksər banklar xaricdən köçürmələrdə konvertasiya əməliyyatını (dolların manata çevrilməsini) dayandırdıqlarını açıqlayıb. Belə ki, valyuta növü manat olan plastik kartlara xaricdən dollarla göndərilən məbləğ hesaba yerləşmir. Buna səbəb isə konvertasiya əməliyyatının dayandırılmasıdır. Bu problemə görə vətəndaşlar xaricdən onlara göndərilən pulu əldə edə bilmədiklərini deyirlər.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov məsələnin müxtəlif səbəblərdən qaynaqlandığını deyib.

“Məcəlləyə görə, vətəndaşların və hüquqi şəxslərin hesablarına göndərilən pulların verilməsi mütləqdir. Fors-major hallar olsa belə, bank öz müştərisinin pullarını verməlidir. Digər tərəfdən, son günlər ölkədə bununla bağlı heç bir göstəriş də verilməyib. Düşünürəm ki, bu, daxili səbəblərdən qaynaqlanmır. Çünki belə bir hal yerli banklara da sərf etmir. Bu gün banklara xarici valyuta lazımdır. Fikrimcə, bu problem elektron ödəniş sistemində baş vermiş texniki problemdən qaynaqlana bilər. Ola bilsin ki, dolların manata çevrilməsində yaranan problem birbaşa xarici, xüsusən də ABŞ banklarından qaynaqlanır. Çünki bizim banklara da dollar ABŞ banklarından gəlir”.

Qeyd edək ki, ödənişi həyata keçirən xarici banklar vəsaitin geri qayıtmasının səbəbi kimi Azərbaycan banklarını göstərib və yerli banklara müraciət etməyin lazım olduğunu rəsmi məktubla sifarişçiyə bildiriblər.

Problemlə bağlı banklara sorğu göndərilib.[center][medium]http://azerbaycaninsesi.com.az/uploads/posts/2020-]
XƏBƏR LENTİ