12:37 Oxunub: 278

Naməlum şəxslər Qarabağ əlillərini döyüblər

Naməlum şəxslər Qarabağ əlillərini döyüblər

Bakıda gecə saatlarında Qarabağ müharibəsi əlillərini döyüblər.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.
1977-ci il təvəllüdlü Musayev Sərxan Yaqub oğlu və 1966-cı il təvəllüdlü Bağırov Nuri Zaman oğlu naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüblər.İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslər ata və oğul olub.
S.Musayev və N.Bağırov Qarabağ müharibəsi əlilləridir.
Yaralılar xəstəxanaya aparılıb.
Digər hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən kafelərin birində 1969-cu il təvəllüdlü Cəfərov Hüseyn Rza oğlu naməlum şəxslər tərəfindən döyülüb.
Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.
H.Cəfərov hadisə zamanı sərxoş vəziyyətdə olub. Ona baş-beyin travması diaqnozu qoyulub.
Hər iki faktla bağlı araşdırma aparılır
XƏBƏR LENTİ