10:41 Oxunub: 160

Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ


Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

Bu barədə Oxu.Az-a Azərbaycan parlamentinin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.


O bildirib ki, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlament sədri Sahibə Qafarovanın göstərişi ilə deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar.
XƏBƏR LENTİ