19:33 Oxunub: 198

Əhalinin qaz, işıq, kreditə görə “evdə qal” dərdi – “B” planı nə…

Əhalinin qaz, işıq, kreditə görə “evdə qal” dərdi – “B” planı nə…
Azərbaycanda koronavirusa yoluxanların getdikcə artması və xüsus rejimli karantin elan olunması əhalini ciddi şəkildə narahat etməkdədir.
Reportyor.info xəbər verir ki, cəmiyyətin müxtəlif zümrələri sosial problemlərin, kommunal ödənişlərin, kredit borclarının, işsizlik və maaş məsələlərinin necə tənzimlənəcəyini düşünür.

Hakimiyyət iqtisadi-sosial şəraiti elə nizamlamalıdır ki, bir aydan artıq müddətdə ötən dövrlərdə yaranmış narazılıqlar yenidən baş qaldırmasın.
Çünki Azərbaycanda rəsmən həyat dayanıb, bazarlar, ticarət mərkəzləri. restoranlar bağlanıb, özəl sektora ağır zərər dəyib.
İqtisadçıların fikrincə, insanlara “evdə qal” çağırışı edən hökumət əhalinin elektrik, qaz, su istifadə etdiyini də anlamalıdır. Çox sadə addımlarla bu məsələ həll oluna bilər.
Əvvəlcə, qaz və elektrik istifadəsinə qoyulan biabırçı limit ləğv edilməlidir, ilkin olaraq yaxın 3 ay müddətinə qaz, su və elektrik kartları üçün ödəmə sistemlərində olan yazılım 1 günə dəyişdirilməlidir.
Məsələn, 10 manat karta yüklənəndə bu 20 manat, 20 manat ödədin 40 manat və s. şəklində bu işi çözmək mümkündür.
Əhalinin qaz, işıq, kreditə görə “evdə qal” dərdi – “B” planı nə…

Digər bir problem – ölkədə ipoteka, istehlak və biznes krediti ödəyən yüzminlərlə insan var. Onların bəzilərinin rəsmi işi yoxdur, ya da günəmuzd çalışırdılar, nə ilə dolanacaqlar, nə ilə ödəniş edəcəklər?!

Bu məsələ həll olunmasa cəmi 2-3 ay sonra problemli kreditlərin həcmi kəskin artacaq, sonda dövlət daha baha qiymətə məsələni həll etməli olacaq. Banklara KoronaFonda pul ödətdirməkdənsə onlara 3 aylıq (ilkin olaraq) tam vergi güzəşti tədbiq edilməlidir ki, onlar da ana borca faiz hesablamalarını dondursunlar.

Ekspertlər hesab edirlər ki, bank kreditlərinin və ona görə faiz borclarının, vergilərin, kommunal xərclərin ödənilməsinə moratorium qoyulmalıdır.

Moratorium ən azı 3 ay müddətinə müəyyənləşdirilməlidir. Kommunal xərclər və vergilərlə bağlı bunu etmək daha asandır, çünki Azərbaycan bazarında bu xidmətləri göstərən dövlət şirkətləridir.
Əhalinin qaz, işıq, kreditə görə “evdə qal” dərdi – “B” planı nə…

Neftin dünya bazar qiymətinin ucuzlaşmasına görə daxili bazarda satılan neft və neft məhsullarının, o sırada da Ai-92 markalı benzinin, dizel yanacağının və mazutun qiymətlərı aşağı salınmalıdır.

Əks təqdir də belə çıxır ki, Azərbaycan həmin məhsulları xarici bazarlarda daxillə müqayisədə daha ucuz satır və itkilərini yerli istehlakçılarının əlavə xərcləri hesabına kompensasiya edir.

İş yerlərini müvəqqəti itirənlərə və biznesini dayandırmaq məcburiyyətində qalanlara dəstək proqramı çərçivəsində birbaşa nağd ödənişlər edilməlidir.

Bundan başqa, Azərbaycanda istehlak qiymətləri süni bahalaşdırılmaqla əhalinin xərcləri artırılır.

Bütün dünyada koronavirusla mübarizə üzrə dövlət komandasının başında səhiyyə naziri dayandığı halda Azərbaycanın səhiyyə nazirinı gördüm deyən yöxdur.

Bütün dünyada dövlət orqanları fasiləli, elektron, distant və online iş rejiminə keçirildiyi halda Azərbaycanda dövlət orqanları bütövlükdə məzuniyyətə buraxılır.

Bütün dünyada yeraltı nəqliyyat vasitələrinin fəaliyyəti dayandırıldığı halda Azərbaycanda metro hələ də işini davam etdirir.

Eyni zamanda Rusiyanın taxıl ixracını dcayandırmasına görə İqtisadiyyat Nazirliyi xalqa izahat vermir ki, bizim nə qədər taxıl tədarükümüz var və çörək qıtlığı ölkəni gözləyə bilərmi…
XƏBƏR LENTİ