23 mar 13:07 Oxunub: 4

Oqtay Şirəliyevdən xəbər var

Oqtay Şirəliyevdən xəbər var
Dünyanı bürümüş koronavirusu Azərbaycanda da öz fəsadlarını göstərir. Bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahdan yaranmış vəziyyətə dair açıqlamalar olsa da ölkənin səhiyyə nazirindən xəbər yoxdur. Belə ki, sosial şəbəkələrdə bununla bağlı haqlı sual ünvanlayan vətəndaşlar Oqtay Şirəliyevin görünməməsini tənqid edir, başqa ölkələrin nazirlərinin fəaliyyətini nümunə kimi göstərirlər? Bəs görəsən, Azərbaycanın səhiyyə naziri haradadır və nə işlə məşğuldur?

Metbuat.az xəbər verir ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva bildirib ki, Oqtay Şirəliyev hər gün işə çıxır:
"Cənab nazirimiz hər gün işə çıxır. Mövcud vəziyyətə görə gərgin iş rejimində çalışır. Özünün media qarşısına çıxmamasına gəlincə, sizin bu fikrinizi ona çatdıraram”.
XƏBƏR LENTİ
Sabah da yağış yağacaq
3-04-2020, 15:41

Sabah da yağış yağacaq

Atəşkəs 25 dəfə pozuldu
3-04-2020, 10:26

Atəşkəs 25 dəfə pozuldu