08:39 Oxunub: 188

“eBay”da 90 avroya içində məxfi sənədlər olan noutbuk satdılar

“eBay”da 90 avroya içində məxfi sənədlər olan noutbuk satdılar
Təhlükəsizlik sistemlərinin araşdırılması ilə məşğul olan mütəxəssislər qrupu “eBay”dan içində Almaniyanın Silahlı Qüvvələrinə aid məxfi sənədlərin olduğu noutbuk alıb.

“Deutsche Welle”xəbər verir ki, onlar noutbuku 90 avroya alıblar.

Mütəxəssislər leptopda Almaniya ordusunun istifadə etdiyi özüyeriyən raket sistemləri haqda məlumatlar olub.

Sənədlərdə “LeFlaSys Ozelot” HHM sistemlərinin istifadəsi və hətta məhv edilməsi haqda məlumat olub.

Bu sistemlər alman ordusuna 2001-ci ildə daxil edilib və indi də istifadədir.
XƏBƏR LENTİ