11:55 Oxunub: 268

Amerikada dəhşətli helikopter qəzası: Daha bir məşhur öldü - FOTOLAR

Amerikada dəhşətli helikopter qəzası: Daha bir məşhur öldü - FOTOLAR

ABŞ-ın Baham adalarında dəhşətli helikopter qəzası baş verib.

Azerbaycaninsesi.com.az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib. Ölənlər arasında amerikalı tanınmış milyarder Kris Klayn və digər iş adamları var. Onların hamısı ABŞ vətəndaşlarıdır.

Məlumata görə, helikopter Qrand-Ki adasından havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib. Şahidlərin ifadəsi əsasında nəqliyyat vasitəsininin sahildən 3 kilometr məsafədə düşdüyü müəyyən edilib. Axtarışlar nəticəsində sudan 3 kişi və 4 qadın cəsədi çıxarılıb. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Klaynın 1,8 milyard dollar dəyərində sərvəti var idi.


Amerikada dəhşətli helikopter qəzası: Daha bir məşhur öldü - FOTOLAR
Amerikada dəhşətli helikopter qəzası: Daha bir məşhur öldü - FOTOLAR
XƏBƏR LENTİ