20:17 Oxunub: 217

Avropada daha beş futbolçuda COVİD-19 aşkarlandı

Avropada daha beş futbolçuda COVİD-19 aşkarlandı

İngiltərənin “Lester”, Almaniyanın “Hannover” və İtaliyanın “Sampdoriya” komandalarının futbolçuları koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə klubların rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisində üç futbolçunun analizi müsbət nəticə verib. Amma oyunçuların adları açıqlanmayıb.

“Hannover” klubunun müdafiəçisi Yannes Hornda da koronavirus aşkarlanıb. Bu, II Bundesliqa klubunda ikinci yoluxma halıdır. 23 yaşlı futbolçudan əvvəl komanda yoldaşı Timo Hübers virusa yoluxub.

“Sampdoriya” isə rəsmi saytı vasitəsilə hücumçusu Manolo Qabbyadininin koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb. Adları çəkilən bütün futbolçular karantinə alınıblar.

Niderland və Portuqaliyada isə pandemiyaya görə bütün futbol çempionatları təxirə salınıb.
XƏBƏR LENTİ