12:42 Oxunub: 182

Rektordan tələbə qızlara 8 Mart hədiyyəsi - Ödənişdən azad olundular

Rektordan tələbə qızlara 8 Mart hədiyyəsi - Ödənişdən azad olundular

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tələbə qızları 8 Marta görə yataqxana xərclərindən azad edib.

Anews.az-ın xəbərinə görə, bu barədə universitetin Tələbə Həmkarlar İttifaqının sədri Şahin Sərdarlı məlumat yayıb.

O bildirib ki, K.Abdullanın təşəbbüsü, ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunublar.
XƏBƏR LENTİ