11:07 Oxunub: 161

İcra başçısı sakinləri dinlədi və yataqxana rəhbərliyinə sərt XƏBƏRDARLIQ ETDİ

İcra başçısı sakinləri dinlədi və yataqxana rəhbərliyinə sərt XƏBƏRDARLIQ ETDİ

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bu dəfəki səyyar görüşü Mingəçevirdə yataqxanalarda yaşayan sakinlərlə olub.

Yeniavaz.com xəbər verir ki, bu görüş, digər səyyar görüşlərdən fərqli olaraq problemlərin daha qabarıq və acınacaqlı olması ilə diqqət çəkib. Başçı sakinlərə bildirib ki, yataqxanalarda olan vəziyyətlə yaxından tanışdır və 1990-cı ildən buranın baxımsız vəziyyətdə olduğunu bilir.

Daha sonra yataqxana sakinləri mövcud vəziyyətlə bağlı problemlərini dilə gətiriblər. Bildiriblər ki, yaşadıqları yataqxana qəzalı vəziyyətdə olduğu halda uzun illər aidiyyəti qurumlar insanların taleyinə biganə yanaşıblar. Onlar İ. İsmayılova, darısqal bir otaqda 4-5 nəfərin qalmasından, yataqxanada məskunlaşan məcburi köçkünlərin otaqları kirayəyə verib başqa ünvanlarda yaşamalarından və şəraitin bərbad vəziyyətdə olmasından danışıblar.

Bütün problemləri dinləyən icra başçısı yataqxana rəhbərliyinə sərt xəbərdarlıq edib. O bildirib ki, əgər kimsə yataxana otaqlarını kirayəyə versə, yaxud da qapısını bağlı saxlayaraq zəbt etsə onun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Başçı sakinlərə yataqxananın mətbəx hissəsinin, pilləkən qəfəslərinin və koridorların təmir etdiriləcəyini bildirib. O qeyd edib ki, qalan işlər də mərhələli şəkildə həyata keçiriləcək.
XƏBƏR LENTİ