15:56 Oxunub: 206

Bakının bu qəsəbəsində şam satışı rekord qırır - Hər axşam işıqlar sönür və...

Bakının bu qəsəbəsində şam satışı rekord qırır - Hər axşam işıqlar sönür və...

Artıq aylardır ki, Abşeron rayonu Güzdək qəsəbəsində elektrikin verilməsi ilə bağlı yaşanan problemlər əhalini ciddi narahat edir.

Redaktor.az-a müraciət edən sakinlər bildiriblər ki, davamlı olaraq hər gün axşam saatlarında qəsəbədə elektrik 4-5 saat müddətində kəsilir. Xüsusilə soyuq aylarda elektrik enerjisinin olmaması insanların yaşayışını çətinləşdirir.
Problemin səbəbini öyrənmək üçün “Azərişıq” ASC-nin mətbut xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. O bildirdi ki, ərazidə heç bir təmir-bərpa işləri aparılmır. Elektrikin kəsilməsinin səbəbi küləkdir:
“Qəsəbənin bir tərəfi Abşerona, digərtərəfi isə Qaradağ rayonun ərazisinə aiddir. Sadəcə güclü külək və ya yağmur olanda, Qaradağ hissəsində kəsilmə olur, digər tərəfdə belə hallar baş vermir. Mən baxdım, kəsilmə dünən və bu gün olmayıb”.
Elektrik enerjisninin verilməsini fasiləsiz təmin etmək üçün çıxış yoluna gəldikdə, idarə rəsmisi bunları deyib:
“Bunun üçün ya yeraltı xətlər çəkilməlidir, ya da özəl təkliflər verilməli, layihə yenilənməlidir. Əlbəttə ki, biz sıradan çıxan dayaqları mütəmadi olaraq dəyişdiririk. Güzdəkdə istifadə müddətini başa vurmuş dayaq varsa, onlar dəyişdiriləcək. Qısa müddətdə problem öz həllini tapacaq”
XƏBƏR LENTİ