10:59 Oxunub: 187

Rusiyada Azərbaycan tərəvəzinin qiyməti fantastik həddə çatdı - SƏBƏB

Rusiyada Azərbaycan tərəvəzinin qiyməti fantastik həddə çatdı - SƏBƏB


Rusiyada Azərbaycandan bu ölkəyə aparılan tərəvəzin qiyməti fantastik həddə çatıb.

Azerbaycaninsesi.com.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hazırda Moskva bazarlarında Azərbaycanda yetişdirilən pomidor və xiyarın minimum qiyməti 700 rublu keçir. Bu isə təxminən 20 manata yaxın edir.
Məlumata görə, artıma səbəb Çində yayılan koronavirusla bağlı bu ölkə ilə ticarətin məhdudlaşdırılmasıdır.
Eyni vəziyyət təkcə Moskvada deyil, Rusiyanın əksər iri şəhərlərində yaranıb. Hazırda təkcə Azərbaycandan yox, Tacikistan, Özbəkistan, Türkiyədən bu ölkəyə gətirilən meyvə-tərəvəzlərin də qiymətində kəskin artım var.
XƏBƏR LENTİ