12:41 Oxunub: 245

Koronavirus testləri Azərbaycanda kimlərə tətbiq olunacaq? - AÇIQLAMA

Koronavirus testləri Azərbaycanda kimlərə tətbiq olunacaq? - AÇIQLAMA

“Koronavirus epidemiyasının diaqnostikası ilə bağlı Azərbaycana gətirilən testlər üçün nümunələr virusa yoluxan şəxslərlə ünsiyyətdə olanlar və həmin bölgədən qayıdanlardan götürülür. Bunu ancaq tibb işçiləri edə bilərlər”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, götürülən nümunələrin cavabı, təxminən, iki günə məlum olur: “1 saylı Kliniki Tibbi Mərkəzdə həkim nəzarətində olan şəxslərdən götürülən nümunələr həmin testlər vasitəsilə yoxlanılıb və nəticələr mənfi çıxıb”.

Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib.

Qeyd edək ki, testlər Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindədir.
XƏBƏR LENTİ