11:46 Oxunub: 148

Türkiyədən acı xəbər: Şəhidlər var

Türkiyədən acı xəbər: Şəhidlər var

Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.

Oxu24.com "CNN Türk”ə istinadən xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, türk hərbçiləri İdlibdə döyüşlərin qarşısını almaq məqsədilə göndərilib: "Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən güclü top atəşinə tutulublar.

Bölgədə təyin edilən hədəflər dərhal cavab atəşinə tutularaq məhv edilib. Hazırda vəziyyət nəzarət altındadır”.
XƏBƏR LENTİ