14:10 Oxunub: 265

Tətil başladı: 9 gün dərs olmayacaq

Tətil başladı: 9 gün dərs olmayacaq



Bu gündən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb.

Qaynarinfo xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq.

Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.
XƏBƏR LENTİ