10:57 Oxunub: 218

"Beşiktaş” baş məşqçisi ilə yollarını ayırdı

"Beşiktaş” baş məşqçisi ilə yollarını ayırdı

Avcıya təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb



Türkiyənin "Beşiktaş” klubu baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.



AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub. Avcıya təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.



Qeyd edək ki, son olaraq Türkiyə Kubokunun 1/16 final mərhələsində “Erzurumspor”a evdə 2:3 məğlub olan “Beşiktaş" mübarizəni erkən dayandırıb. İstanbul klubu hazırda Superliqada 30 xalla 7-ci pillədədir.
XƏBƏR LENTİ