15:39 Oxunub: 271

Tbilisidə dava: Diplomatımız erməni mahnısına görə azərbaycanlı reperi döyüb?

Tbilisidə dava: Diplomatımız erməni mahnısına görə azərbaycanlı reperi döyüb?


Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Qəbələ" restoranında dava olub.

Yeniavaz.com xəbər verir ki, restoranda mahnı oxuyan "Nato" ləqəbli azərbaycanlı reper Afiq Novruzov döyülüb. Afiq Novruzov tərəfindən yayılan videoda bildirilir ki, onu döyən Azərbaycanın Gürcüstandakı səfirliyinin Vüqar Məmmədov adlı əməkdaşı olub.

Ermənistan mətbuatı isə yazır ki, həmin restoranda oxunan mahnı erməni ifaçı Arsen Şaxuntsunu məxsus olub. Vüqar Məmmədov adlı səfirlik əməkdaşı da məhz buna görə müğənnilərin üzərinə hücum edib.

Afiq Novruzov yaydığı videoda bu məsələyə aydınlıq gətirərək bildirir ki, səslənən mahnı rus mahnısı olub və o canlı ifa olunmayıb: "Səfirlik əməkdaşı isə elə başa düşüb ki, bu erməni mahnısıdır"
XƏBƏR LENTİ