12:47 Oxunub: 184

Putin Medvedevi niyə istefaya göndərdi... - Açıqlama

Putin Medvedevi niyə istefaya göndərdi... - Açıqlama

Xəbər verildiyi kimi, dünən Rusiya prezidenti baş nazir Medvedev başda olmaqla Nazirlər Kabinetini istefaya göndərib.
Bizimyol.info xəbər verir ki, politoloq Elxan Şahinoğlunun fikrinə görə buna səbəb Medvedevin Rusiya iqtisadiyyatılnı dirçəldə bilməməsi ilə əlaqədardır.
Putin Medvedevi niyə istefaya göndərdi... - Açıqlama

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Medvedev Putinin gənclik dostudur. Ancaq rusların məşhur atalar sözlərində deyildiyi kimi, dostluq ayrı, iş ayrı”,- deyən politoloq əlavə edib ki, bu addım gözlənilən idi.

“Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın ilk günlərində demişdi ki, Rusiyanın 2019-cu ildə ən böyük uğursuzluğu ümumi daxili məhsulun cüzi artımı idi: “Rusiyanın imkanları böyükdür, ona görə də növbəti illərdə artım tempinə nail olmalıyıq”. Onun bu açıqlamasını REAL TV-nin yanvarın 4-də yayımlanan “Atlas” proqramının “Sitatlar” rubrikasında səsləndirmiş və Peskovun haqlı olmasına belə bir şərh vermişdim ki, Rusiya İqtisadiyyat Nazirliyinin hesabatına görə Rusiyanın 2019-cu ildə ümumi daxili məhsulu cəmi 1.3 faiz artıb. Sonuncu cümləm beləydi: “Əslində Peskovun açıqlaması baş nazir Dmtiri Medvedevə mesajdır ki, prezident Vladimir Putin Nazirlər Kabinetinin fəaliyyətindən narazıdır”.

Medvedev Putinin gənclik dostudur. Ancaq rusların məşhur atalar sözlərində deyildiyi kimi, dostluq ayrı, iş ayrı. Putinin prezidentlik müddətinin bitməsinə 4 il qalıb. Putin hakimiyyətdə olduğu illərdə Rusiyanın dağılmasının qarşısını aldı, Çeçenistanı ram etdi, ölkədə siyasi sabitlik yaratdı, üstəgəl bölgədə fəallığını artırdı. Ancaq nə etdisə, Rusiyada iqtisadi inkişafa və insanların rifah halının yüksəlməsinə nail olmadı. Dmitri Medvedev baş nazir kimi zəif fiqur idi. Ona görə də Putin Dmitri Medvedev başda olmaqla hökuməti istefaya göndərdi. Putinin daha çevik baş nazirə ehtiyacı var”.
XƏBƏR LENTİ