17:52 Oxunub: 191

Komanda üzərində “kirayə” yazılan forma ilə meydana çıxdı

Komanda üzərində “kirayə” yazılan forma ilə meydana çıxdı

Türkiyənin ikinci liqasında mübarizə aparan “Sakaryaspor” “Ergene Velimeşespor”la qarşılaşmaya üzərində “kirayə” yazılmış forma ilə çıxıb.

“Haberglobal”ın məlumatına görə, “yaşıl-qaralı”lar formanın ön hissəsinə sponsor tapa bilmədiyi üçün bu addıma əl atıb.

“İkinci dövrənin ilk oyununda bu cür ironiyaya əl ataraq forma reklamı üçün rəqabət yaratmaq istədik. Amma reaksiyalardan aydın olur ki, yanlış düşünmüşük”, - klub prezidenti Cümhur Genç bildirib.

Xatırladaq ki, “Sakaryaspor” səfər qarşılaşmasında rəqibi “Valimeşespora” 5:0 hesabı ilə məğlub olub.
XƏBƏR LENTİ