17:59 Oxunub: 245

Zelenski ilə Ruhani təyyarənin vurulmasını müzakirə etdi

Zelenski ilə Ruhani təyyarənin vurulmasını müzakirə etdi

Ukrayna Prezidenti Vladimir Zelenski iranlı həmkarı Həsən Ruhani ilə MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsinin vurulmasını müzakirə edib.

Bu barədə “Qovorit Moskva” radiostansiyası məlumat verib.

Bununla belə telefon danışığının təfərrüatları barədə geniş məlumat verilməyib.

Qeyd edək ki, bir neçə saatdan sonra Ukrayna lideri vətəndaşlara müraciətlə çıxış edəcək. Videomüraciət prezidentin hədisə yerində işləyən ukraynalı mütəxəssislərlə məsləhətləşməsindən sonra yayımlanacaq.

Xatırladaq ki, yanvarın 8-də göyərtəsində 167 sərnişinin olduğu Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğrayıb. Yanvarın 10-da İran sərnişin təyyarəsinin qanadlı raketlə səhvən vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusu faciədə məsuliyyəti öz üzərinə götürüb. Bununla belə, SEPAH HHQ-nin komandanı general Əmir Əli Hcızadə İraqda ABŞ-a məxsus hərbi bazalara hücum dönəmində aviarabitənin kəsilməsi üçün rəsmi Tehrana müraciət etdiklərini, lakin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb. V
XƏBƏR LENTİ