10:39 Oxunub: 286

“Deputatlıq yolunda” rekord göstərici: Onların adları nə zaman ictimailəşdiriləcək?

“Deputatlıq yolunda” rekord göstərici: Onların adları nə zaman ictimailəşdiriləcək?

Azərbaycanda bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlərin siyahısı yaxın günlərdə ictimailəşdiriləcək.

Oxu.Az-ın məlumatına görə, Seçki Məcəlləsinin 148.5-ci maddəsində yazılıb ki, qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış dövri nəşrlərdə dərc edilir.

Bu proses Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilir.

Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına əsasən, qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı yanvarın 20-dək ictimailəşdiriləcək.

MSK-nın yanvarın 8-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bu günə kimi 617 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını söyləyib. M.Pənahov bildirib ki, bu, rekord göstəricilərdir.
XƏBƏR LENTİ