01 iyl 13:25 Oxunub: 77

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

İyunun 27-də Azərbaycan İlahiyyat İnstitutunun ilk Məzun Günü keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edib. Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən rektor vurğulayıb ki, hazırda həmin siyasi xətt cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, təhsil sahəsində önəmli islahatlar həyata keçirilir.

C.Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində əlamətdar hadisə kimi qeyd edib. “Məzun” adını qazanan bütün tələbələri təbrik edən rektor gənclərə öz tövsiyələrini bildirib: “Uğura gedən yol daim axtarışda olmaq, çalışmaq və özünü inkişaf etdirməkdir. Böyük hədəflərə gedən yol məhz bu gündən başlayır”. Rektor məzunlara müraciətlə bildirib ki, biz hər zaman yanınızdayıq və sizə dəstək verməyə hazırıq.

Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. M.Mürsəlov bildirib ki, ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac var. Biz inanırıq ki, Aİİ-nin məzunları ölkəmizdə bu sahədə öz layiqli yerlərini tutacaqlar.

Aİİ Tədris şöbəsinin müdiri Zərifə Əliyeva İnstitutun ilk məzunlarını təbrik edib. Z.Əliyeva məzunlara təhsil aldıqları tədris ocağının adını daim uca tutmağı, həyat yollarında büdrəməməyi, ölkə üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.

Ali təhsil müəssisəsinin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova gəncləri və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edərək, məzunlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. F.Yusifova gənclərə üzünü tutaraq, “Çalışın, dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm”, – söyləyib.

Sonra Aİİ-nin tələbələri çıxış edərək, məhz bu İnstitutun məzunları olduqlarından qürur duyduqlarını, təhsil aldıqları illər ərzində yaşadıqları maraqlı hadisələrdən söz açıblar. Tədris müddətində əziyyət çəkən bütün müəllim kollektivinə təşəkkürlərini bildirib, məzun olan digər yoldaşlarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda təhsil aldığı müddətdə İnstitutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstərici və nümunəvi davranışı ilə fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib


XƏBƏR LENTİ
Bu ərazidə işıq olmayacaq
21-01-2020, 11:30

Bu ərazidə işıq olmayacaq