15:45 Oxunub: 224

ABŞ ordusu İranın mədəniyyət obyektlərini bombalamaqdan imtina edib

ABŞ ordusu İranın mədəniyyət obyektlərini bombalamaqdan imtina edib

ABŞ ordusu İranın mədəniyyət obyektlərini bombalamayacaq.
"Ölkə.Az" "Reuter"sə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper bəyan edib.

"Amerika ordusu İranın hansısa obyektlərinə zərbə endirə bilərmi" sualına cavab olaraq, Esper deyib ki, ABŞ hadisələrə hərbi münaqişələrin qanunauyğunluğu çərçivəsində yanaşacaq.
Qeyd edək ki, Tramp bir az əvvəl İranın mədəniyyət obyektlərini bombalayacağını istisna etməmişdi. Tramp öz "Twitter" səhifəsində qeyd etmişdi ki, əgər İran Amerika vətəndaşlarına və obyektlərinə zərbə endirərsə,o zaman İranın 52 mədəniyyət obyektini vuracaq.
XƏBƏR LENTİ