16:00 Oxunub: 221

Oqtay Şirəliyev baş həkimləri Bakıya TOPLADI

Oqtay Şirəliyev baş həkimləri Bakıya TOPLADIDekabrın 30-da Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.

Modern.az-ın məlumatına görə, nazir Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov çıxış ediblər.

G.Poladov qeyd edib ki, 2019-cu ildə yeni tikilmiş Qobustan Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzində, Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi Xəstəxanalarında təmir-tikinti işləri başa çatmış, tam təchiz olunmuş və açılışa hazırdır:

"Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Professor Gindes adına Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi başa çatmış, növbəti ildə açılışı gözlənilir.

Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi Xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının tikintisi, Bakı şəhər 2 nömrəli Doğum evinin, Salyan Rayonu Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilir”.

Onun sözlərinə görə, il ərzində 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib:

"Müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Onlardan 21 min nəfər hospitalizə olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatdan çıxarılıb”.

G.Poladov bildirdi ki, ümumilikdə 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub:

"712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib.

2019-cu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub”.

Nazirlik rəsmisi deyib ki. maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur:

"2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqlardır. 2019-cu il ərzində 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib. Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabərdir”.
XƏBƏR LENTİ