13:52 Oxunub: 267

“Hər ailə rəsm tablosu almalıdır” - Əbülfəs Qarayev

“Hər ailə rəsm tablosu almalıdır” - Əbülfəs Qarayev

Mədəniyyət Nazirliyi kinematoqrafiya sahəsi üzrə də layihələr həyata keçirir. Bizə təqdim olunan 250 ssenaridən 20 əsər götürüldü və film çəkiləcək”.

Axşam.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirilən kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, bununla əlaqədar dövlət büdcəsindən vəsait ayrılacaq:

“Eyni zamanda prodüser şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq”.

Ə. Qarayev muzeylərin fəaliyyətindən danışaraq rekorda imza atıldığını qeyd edib:

“Bu il 122 min nəfər bilet alaraq Xalça muzeyinə gəlib. Rekord vurmuşuq. Olduqca böyük nəticədir. Bütün muzeylər bu cür çalışmalıdır. Artıq 3 muzeydə audiobələdçilər tətbiq edilir. Başqa muzeylərdə də tətbiq olunacaq. Muzeylərin fəaliyyətini ciddi nəzarətə keçirmişik və cəlbedici layihələr həyata keçirməlidirlər. Muzeydə saxlanılan əşyalar dünya miqyasında tanınmalıdır”.

Nazir söyləyib ki, mədəniyyət mövzusu media sahəsində özünə münasib dəyərli bir yer tutur:

“Elə bir mətbuat orqanı yoxdur ki, orada mədəniyyət mövzuları çox geniş müzakirə olunmasın. Buna görə də mətbuat orqanlarına təşəkkür edirəm. Bu il çox işgüzar və geniş sahəni əhatə edən tədbirlərlə zəngin oldu.

Həmçinin, Azərbaycanda silsilə beynəlxalq tədbirlərin keçirilməsi bu ilin real olaraq uğurlu olduğuna sübutdur. Şəkinin dünya incilər siyahısına daxil olması bütün Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Beynəlxalq tədbirlər, dünya forumlarının keçirilməsi bir daha Azərbaycanın Bakı prosesinə sadiq qalmasının və dünya miqyasında Birləşmiş Millətlər Təşkilatı tərəfindən Bakının Dünya Mədəniyyətlər arası Forumunun qlobal platformanın ən mühüm tədbiri kimi qiymətləndirilir. Hesab edirəm ki, bu da böyük hadisədir”.

Bundan əlavə, nazir kollegiya iclasında təsviri incəsənət sahəsindən danışarkən qurumun əsas şüarını açıqlayıb:

“Bizim məqsədimiz, şüarımız odur ki, bütün rəssamlarımızın əsərləri evlərin divarlarından asılmalıdır. Hər ailə imkan daxilində tablo almalıdır. Bu, mütləq olmalıdır”.
XƏBƏR LENTİ