17:41 Oxunub: 179

2020-ci ildə əmək haqqı və pensiyalar artırılacaq-Deputatdan AÇIQLAMA

2020-ci ildə əmək haqqı və pensiyalar artırılacaq-Deputatdan AÇIQLAMA

Azərbaycanın 2020-ci il dövlət büdcəsi layihəsinə görə, orta aylıq əmək haqqı 2019-cu ildəki göstəricilərlə müqayisədə 15,5 faiz artmalıdır. 2020-ci ildə əmək haqqları və pensiya artırılacaqmı?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, 2020-ci ilin büdcəsi cənab prezident tərəfindən təsdiqlənib: "Büdcəmiz sosial yönümlülüyünü yenə qoruyub saxlayır. Sosial layihələrin həyata keçirilməsi üçün 2.08 milyard manat vəsait proqnozlaşdırılır. Bu da o deməkdir ki, 2020-ci ildə əmək haqqları, təqaüdlər və pensiyalar artırılacaq. Eyni zamanda burada inflyasiya nəzərə alınıb. 4.6 faiz inflyasiya proqnozlaşdırılır. Bu inflyasiya da əmək haqqlarının kompensasiya olunmasını təmin edəcək. Bütövlükdə 2020-ci ilin büdcəsi sosial yönümlüdür. Əmək haqqlarının artırılması və sosial tədbirlərin keçirilməsi ilə yanaşı investisiya xərcləri də burada öz əksini tapıb. Yəni, 4.9 milyard investisiya xərcləri burada proqnozlaşdırılıb".
XƏBƏR LENTİ