16:04 Oxunub: 255

Azərbaycanda bədbəxt hadisə - Ər-arvad dəm qazından zəhərləndi

Azərbaycanda bədbəxt hadisə - Ər-arvad dəm qazından zəhərləndi

Qusar rayonunda bir ailə dəm qazından zəhərlənib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Qalacıq kəndində baş verib.

Kənd sakinləri - 1987-ci il təvəllüdlü Şıxrəhimov Vaqif İslaməddin oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şıxrəhimova Ceyran Murad qızı dəm qazından zəhərlənib. Hər iki şəxs gecə saatlarında yaxınlarının köməkliyi ilə Qusar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.
XƏBƏR LENTİ