17:20 Oxunub: 252

PSJ-dən türk azarkeşlərə qadağa


Çempionlar Liqasının son turunda "Qalatasaray"la qarşılaşmalı olan PSJ radikal qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi türklərin bilet əldə etməyinə çətinliklər yaradır.

18 il öncə Parisdə hər iki komandanın iştirakı ilə yaşayan hadisə səbəbindən PSJ rəhbərliyi "Qalatasaray" azarkeşlərinin çox bilet əldə etməsini istəmir.

"Le Parisien" nəşrinin məlumatına görə, kassirlər türk pasportu olan şəxslərə bilet satmır. PSJ rəhbərliyi "Qalatasaray" azarkeşləri üçün cəmi 2300 yer ayırdıqlarını bildirib. Onların qonaq sektoru ilə əlaqə qurmaması üçün 500 yer boş saxlanılacaq.
XƏBƏR LENTİ