16:56 Oxunub: 243

Prezidentin yüksək vəzifə verdiyi İsrafil Məmmədov kimdir? - DOSYE/FOTO

Prezidentin yüksək vəzifə verdiyi İsrafil Məmmədov kimdir? - DOSYE/FOTO

Prezident İlham Əliyev İsrafil Məmmədovu Neft Fondunun icraçı direktoru vəzifəsinə təyin edib.

Publika.az xəbər verir ki, İ.Məmmədov 26 iyul 1973-cü ildə anadan olub.
1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb və ixtisasca iqtisadçıdır. O, ingilis, ərəb, rus dillərini bilir, evlidir, üç övladı var.

İ.Məmmədov 1995 -1996-cı illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.
1996-2007-ci illər Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində işləyib.

2007-2008-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini tutub.
2008-2013-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsini icra edib.

23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
XƏBƏR LENTİ