13:35 Oxunub: 220

Naxçıvana gedən bu şəxslərə - ŞAD XƏBƏR


Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

Azerbaycaninsesi.com.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.

Qeyd edək ki, bu ilin oktyabr ayında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.
XƏBƏR LENTİ