11:01 Oxunub: 251

Oqtay Şirəliyev onu İŞDƏN ÇIXARDI

Oqtay Şirəliyev onu İŞDƏN ÇIXARDI

Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə, Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru Əkbər Ağayev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə həmin vəzifəyə Tural Rzayev təyin edilib. T.Rzayev bu təyinata qədər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri işləyib.
Xəbəri Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən Unikal.org-a təsdiqləyiblər.
XƏBƏR LENTİ