14:28 Oxunub: 250

Gecə saatlarında evdən çıxan qadın itkin düşdü

Gecə saatlarında evdən çıxan qadın itkin düşdü

Gəncə şəhərində 32 yaşlı qadın itkin düşüb.

Azerbaycaninsesi.com.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Quliyeva Aygün Arzu qızı noyabrın 15-də, gecə 01:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun anası Quliyeva Arzu Teymur qızı müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ