12:39 Oxunub: 239

"Yuventus" İquainlə müqaviləni uzadır

"Yuventus" İquainlə müqaviləni uzadır

"Yuventus" futbolçusu Qonsalo İquainlə müqaviləni yeniləyəcək.

Qol.az xəbər verir ki, bunu Turin klubunun idman direktoru Fabio Paratiçi İtaliya mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, argentinalı forvardla yaxın vaxtlarda yeni sözləşmə imzalanacaq.

İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda baş çatır.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2016-cı ilin yayında "Napoli"dən “Yuventus"a keçib.
XƏBƏR LENTİ