14:03 Oxunub: 276

Azərbaycanda millət vəkili icra başçısı TƏYİN EDİLDİ

Azərbaycanda millət vəkili icra başçısı TƏYİN EDİLDİ

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Redaktor.az yeni icra başçısı ilə bağlı məlumatları təqdim edir:

Elşad Həsənov 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə gedib. O, 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1992-ci ilin payızında ilk dəfə olaraq test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

Ailəlidir. 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.
XƏBƏR LENTİ