16:12 Oxunub: 219

Ölümə aparan xəstəliyin müalicəsində "asprin" və "nurofen"dən istifadə edilməsi nə qədər doğrudur?-AÇIQLAMA

Ölümə aparan xəstəliyin müalicəsində "asprin" və "nurofen"dən istifadə edilməsi nə qədər doğrudur?-AÇIQLAMA
Dünya Sağlamlıq Təşkilatının araşdırmaları nəticəsində məlum olub ki, insanı davamlı olaraq kədər və keyliyə salan, dəyərsizlik hissi meydana gətirən və gündəlik normal fəaliyyətlərdən saxlayan depressiya 2020-ci ildə ciddi xəstəliklərin meydana gəlməsində əsas faktor olacaq.

Bəslənmə və yuxu dəyişikliyinə səbəb olan və insanı periodik olaraq ölümü düşünməyə məcbur edən depressiyanın səbəbi hələ də araşdırılır.

Lakin son günlər xarici mediada Çin alimlərinin ən ciddi xəstəliklərdən olan depressiyanın müalicəsində təsirli dərmanlar tapdıqları ilə bağlı xəbərlər yer alıb.

Ən diqqət çəkən məqam isə bu dərmanların "asprin" və "nurofen" adlı dərmanalar olmasıdır. Bu dərmanlar uzun müddətdir müxtəlif xəstəliklərin müalicəsində istifadə olunduğu üçün Çin alimlərinin bu açıqlaması birmənalı qarşılanmayıb.

Bununla bağlı Sonxeber.az-a açıqlama verən psixoloq Ramil Nəcəfli bildirdi ki, Çin istər sivilizasiyaya, istərsə də təbabətə töhfələr vermiş bir ölkədir. Bir çox xəstəliklərin müalicəsində Çin böyük bir irs ortaya qoyub.

"Bu gün akapuntura, təbii müalicə üsulları, müalicəvi otlardan tutmuş, bədən enerjisinin insan sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş xüsusi terapiya üsullarına əsaslanan Çin təbabəti mövcuddur. Yəni, mənim qətiyyən inanmağım gəlmir ki, Çin bu boyda irsi qoysun kənara, hansısa bir qrupun təklif etdiyi dərmanların müalicəsi ilə depressiyanın müalicəsindən danışsın. Bu sadəcə bir qrup həkimin fikri ola bilər. Depressiyanın müalicəsində bir çox müalicə üsullarından istifadə olunur. Çində meditasiya, müxtəlif gimtastik yoqa hərəkətləri, pranayam kimi üsullarla depressiyanı müalicə etmək olur. Ona görə bu cür açıqlamaları əsassız hesab edirəm".
XƏBƏR LENTİ