15:27 Oxunub: 250

Bu avtobuslar yeniləri ilə əvəzlənəcək - TARİX AÇIQLANDI

Bu avtobuslar yeniləri ilə əvəzlənəcək - TARİX AÇIQLANDI

Hazırda sərnişinlərin ən çox narazılıqlarına səbəb olan avtobuslar arasında 30 və 49 nömrəli marşrutlar ilk sıradadırlar.
Bununla bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olur.
Mövzu ilə əlaqədar Lent.az -ın suallarını cavablayan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, 30 və 49 nömrəli avtobuslarla bağlı problemlər aradan qalxacaq:

“Həqiqətən də sözügedən iki xətlə bağlı narazılıqlar çoxdur. Avtobusların həm texniki vəziyyəti, həm də sürücülərin peşəkarlığı ilə bağlı bizə şikayətlər daxil olur. Dəfələrlə hər iki daşıyıcı qarşısında məsələ qaldırılıb ki, problemlər aradan qalxsın. Ancaq görünən odur ki, hələ onlar tərəfindən təsirli tədbirlər görülməyib və məsuliyyətli iş ortaya qoyulmayıb. Sahibkar bilməlidir ki, xidmət sahəsində çalışır və onun sosial məsuliyyəti var”.
M.Ağayev əlavə edib ki, növbəti aydan bir neçə marşrut xəttlərində fəaliyyət göstərən avtobuslar yeniləri ilə əvəzlənəcək:
“30 və 49 nömrəli marşrutların da yenilənməsi gözlənilir və planımızdadır”.
Xatırladaq ki, dünən Bakıda 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların da bir qismi yenilənib.
XƏBƏR LENTİ