11:24 Oxunub: 263

Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcək

Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcəkÇinin Uxan şəhərində hərbçilərin VII Dünya Oyunları start götürüb.

Oxu.Az xəbər verir ki, 109 ölkədən 9300 hərbçinin 27 növdə mübarizə aparacağı Oyunların proqramında güləş də yer alıb.

Oktyabrın 21-dən 24-dək güləşin hər növündə dörd olimpiya çəkisi üzrə mübarizə baş tutacaq. Nəhəng yarışda ölkəmizi sərbəst güləşdə II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanovla (-57 kq) hərbçilər arasında dünya çempionatının qalibi Ağahüseyn Mustafayev (-74 kq), yunan-Roma güləşində Murad Bazarov (-60 kq), Mikayıl Rəhmanov (-67 kq), Həsən Əliyev (-77 kq) və son dünya çempionatının gümüş medalçısı Rafiq Hüseynov (-87 kq), qadın güləşində isə Tatyana Varansova (-53 kq) təmsil edəcək.

Onlar yığmalarımızın məşqçiləri Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında yarışacaq.

Qeyd edək ki, Beynəlxalq Hərbi İdman Şurası tərəfindən keçirilən Dünya Oyunlarının dünən açılış mərasimi baş tutub. Yarış oktyabrın 27-də başa çatacaq.
XƏBƏR LENTİ