15:27 Oxunub: 274

Tramp İtaliya prezidentini italyan pendiri ilə səhv saldı

Tramp İtaliya prezidentini italyan pendiri ilə səhv saldı

Tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn ABŞ prezidenti Donald Tramp yenə gülüş doğuran ifadəsi ilə sosial medianın müzakirə obyektinə çevrilib.

Virtualaz.org xəbər verir ki, ABŞ prezidenti bu dəfə Ağ Evdə qonaq olan İtaliya prezidenti Serdjo Matarellaya "prezident Mozzarella” deyə müraciət edib. O, prezidentlərin birgə keçiridyi mətbuat konfransında qonağın soyadını bir neçə dəfə məşhur italyan pendiri olan "mozzarella” ilə eyniləşdirib.

Tramp həmçinin İtaliya ilə ABŞ arasındakı mədəni və siyasi əlaqələrin min illərdən bəri - antik Roma dövründən bu yana davam etdiyini söyləyib. Prezidentin bu açıqlamaları tərcüməçini də pis vəziyyətdə qoyub. Çıxışı italyan dilinə çevirən tərcüməçi ABŞ prezidentindən qeydlər alarkən dəhşətə gəlib.
XƏBƏR LENTİ