15:28 Oxunub: 228

Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var

Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.az xəbər verir ki, Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vuruluv. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.
XƏBƏR LENTİ