16:22 Oxunub: 229

Bu marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bu marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Open.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.


Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.
XƏBƏR LENTİ