14:11 Oxunub: 213

Söz verib yerinə yetirməyən meri maşına bağlayıb küçədə sürüdülər

Söz verib yerinə yetirməyən meri maşına bağlayıb küçədə sürüdülər

Mer şəhərə yol çəkəçəyini desə də, bunu etməyib

Meksikada dövlət məmurunu maşının arxasına bağlayaraq küçədə sürüyüblər. Yerli mətbuatın məlumatına görə, zorakılığa məruz qalan Las Marqaritas rəhbəri olub. Xorxe Eskandonanı yolsuzluq maşının arxasına kəndirlər bağlayaraq şəhərin bir neçə küçəsində sürüyüblər.

Buna səbəb isə onun verdiyi sözə əməl etməməsi olub. belə ki, mer yerli sakinlərə yol çəkdirəcəyini vəd edib. Lakin uzun müddət keçməsinə baxmayaraq sözünə əməl etməyib.

Zorakılıq polis şəhər sakinlərini saxlayana kimi davam edib. Baş verən hadisənin görüntüləri də sosial medada yayılıb. Kadrlardan görünür ki, kütlə maşının arxasına bağlanan şəxsin dalınca küçələrdə gedir.

Sözünə naxələf çıxan merin vəziyyəti yaxşıdır. Yerli hökumət şəhər sakinlərini insan oğurluğunda ittiham edib. 30-a yaxın adam tutulub.
XƏBƏR LENTİ