13:22 Oxunub: 265

KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir

KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Şərikli biznes” mövzusunda təlim təşkil olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, biznes tərəfdaşlığının təşviqi məqsədilə keçirilən təlimdə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, bu istiqamətdə bilik və bacarıqların artırılması üsulları, biznes tərəfdaşlığının inkişafı və KOB-ların rəqabət qabiliyyətinin artırılmasında rolu, şərikli biznesin qazandırdığı uğurlar, həmçinin uğursuzluğa səbəb ola biləcək amillər, ortaqlar arasında anlaşma sənədinin hazırlanması, onların üzərinə düşən vergi öhdəlikləri və digər məsələlər diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi çərçivəsində keçirilən təlimdə dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
XƏBƏR LENTİ