15:17 Oxunub: 272

Çimərliklərdə biabırçılıq: istifadəyə yararsız yerdə dənizə giriş 25 manatdır - VİDEO

Çimərliklərdə biabırçılıq: istifadəyə yararsız yerdə dənizə giriş 25 manatdır - VİDEO

Artıq çimərlik mövsümünə start verilib. Mövsüm başlayan kimi ənənəvi problem yenidən gündəmə gəlib. Söhbət çimərliklərə giriş üçün pul tələb olunmasından gedir.

Vəziyyətlə tanış olmaq üçün Baku TV əməkdaşları paytaxtın bir neçə çimərliyində eksperiment keçirərək qiymətlərlə tanış olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadəyə yararsız olduğu açıqlanan Şıx çimərliklərindən dənizə giriş üçün bir nəfərə üç manatdan 25 manata qədər qiymətlər təklif edilir.

Mövcud vəziyyət Şüvəlan, Mərdəkan, Pirşağı çimərliklərində də yaşanır.
Bakı şəhər İcra Hakimiyyəti hər il açıqlama verərək bildirir ki, dəniz kənarında yerləşən xüsusi xidmət sahələri sayılan hotellərə və yeməkxanalara giriş istisna olmaqla, bütün çimərliklər ödənişsizdir və hər hansı ödənişin tələb olunması qanunsuzdur.

XƏBƏR LENTİ