15:56 Oxunub: 220

ARDNF-in aktivləri 42,5 mlrd. dollara yaxınlaşır

ARDNF-in aktivləri 42,5 mlrd. dollara yaxınlaşır

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 42,5 mlrd. ABŞ dollarına çatmaq üzrədir.

Redaktor.az-ın məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” konfransında çıxış edərkən bildirib.


Onun sözlərinə görə, yaradıldığı gündən indiyədək Fondun idarəetmədən əldə etdiyi gəlirləri 6,2 mlrd. dollara çatıb.

Gələcəkdə biz, təbii ki, bu riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin portfeldə artırılmasından barəsində biz daim düşünürük və bu barədə müvafiq təkliflər veriləcək”, - deyə Ş. Mövsümov qeyd edib.

Qeyd edək ki, 2019-cu il iyunun 30-a ARDNF-in aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln. dollar) nisbətən 10,25% artaraq 42 463,7 mln. dollar təşkil edib.//Apa.az
XƏBƏR LENTİ