12:19 Oxunub: 205

Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb

Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan 835,19 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin elektrik enerjisi idxalı 20,5% artıb. İdxalın 760,538 mln. kilovatt/saatı və yaxud 91,06%-i Azərbaycanın payına düşüb.

Yanvar-avqust aylarında Gürcüstan 240,65 mln. kilovatt/saat həcmində elektrik enerjisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,1% azdır.

Səkkiz ay ərzində Gürcüstan Azərbaycandan Türkiyəyə 61,36 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.
XƏBƏR LENTİ