17:02 Oxunub: 243

Geyim mağazasından oğurluq edən qadın tutuldu

Geyim mağazasından oğurluq edən qadın tutuldu

"Sədərək” Ticarət Mərkəzində mağzadan geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Ölkə.Az" xəbər verir ki,sentyabrın 12-də saat 13 radələrində “Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ