09:15 Oxunub: 300

Rus Dram Teatrında aktyor Fuad Osmanovun rejissor debütü olub

Rus Dram Teatrında aktyor Fuad Osmanovun rejissor debütü olub

Bu gün Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fransız dramaturq Patrik Bessonun “Heyvanların dialoqu” və “Taksi sürücüsü” pyesləri əsasında “Tənhalıq komediyası” tamaşasının premyerası olub.

Tamaşanın rejissoru Əməkdar artist Fuad Osmanovdur.

AZƏRTAC xəbər verir ki, tanınmış aktyorun bir rejissor kimi yaradıcılıq eksperimentində rolları Əməkdar artist Səfa Mirzəhəsənov, aktyorlar Elmar Ələkbərov, Oleq Əmirbəyov, Murad Məmmədov, Ramil Əliyev və Həcər Əliyeva ifa ediblər.

Yeni səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
XƏBƏR LENTİ