14:37 Oxunub: 213

Uels - Azərbaycan oyununun hakimləri açıqlanıb

Uels - Azərbaycan oyununun hakimləri açıqlanıb
Uels - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, 2020-ci il futbol üzrə Avro çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels - Azərbaycan oyununu maltalı hakimlər idarə edəcək.

Matçın baş hakimi Farruçia Kann Trustin, onun köməkçiləri Alan Kamilleri, Luke Portelli, dördüncü hakim isə Alan Mario Sant olacaq.

Oyun sentyabrın 6-sı, saat 22:45-də Kardiffdə keçiriləcək.

Qeyd edək ki, üç oyundan xalsız qalan Azərbaycan E qrupunda sonuncu sıradadır.
XƏBƏR LENTİ